XƏBƏRLƏR / Siyasət

Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistana gəlib

Bazar ertəsi İrəvanda təxminən 50 dövlət və hökumət başçısının qatıldığı Avropa Siyasi Birliyi sammiti keçiriləcək

Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi günü təxminən 50 dövlət və hökumət başçısının qatıldığı Avropa Siyasi Birliyi (ASB) sammitinin keçiriləcəyi İrəvana gəlib.

    Zelenskini Ermənistan Parlamentinin sədri Alen Simonyan qarşılayıb.

    Ukrayna Prezidentinin rəsmi sözçüsü Zelenskinin bazar günü Norveç, Finlandiya, Birləşmiş Krallıq və Çexiya baş nazirləri də daxil olmaqla bir neçə ikitərəfli görüş keçirəcəyini açıqlayıb.

    Müxtəlif ölkələrin liderləri ASB sammitində iştirak etmək üçün ölkəyə səfər etdikləri üçün İrəvanda misli görünməmiş təhlükəsizlik tədbirləri görülür. Kanada, Bolqarıstan, Litva, Lüksemburq, Yunanıstan liderləri və ATƏT-in baş katibi artıq İrəvandadır.

    Zirvə toplantısında 27 Aİ ölkəsindən, eləcə də Birləşmiş Krallıq, Norveç və İsveçrədən bir çox lider iştirak edir.

    Bu, Volodimir Zelenskinin Ermənistana ilk səfəridir.

    Qeyd edək ki, aprelin sonlarında Ukrayna Prezidenti Azərbaycana səfər etmişdi.