H.Hacıyev və A.Qriqoryan eyni panel müzakirəsində olacaqlar
Mövzu: "Dinc gələcəyə doğru: Cənubi Qafqaz üçün yeni şəfəq?"
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə "Dinc gələcəyə doğru: Cənubi Qafqaz üçün yeni şəfəq?" panel müzakirəsində iştirak edəcək.
Bu barədə Bratislava Forumunun "GLOBSEC2023" saytı məlumat yayıb.
Forum mayın 30-da baş tutacaq.