Özbəkistan XİN başçısı Bakıya gəlir
İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun iclası keçiriləcək
Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycana səfər edəcək.
Nazir Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin iclasına qatılacaq.
Qeyd edək ki, iclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.