Ermənilər Moskvada Paşinyana etiraz edirlər FOTO
Bu barədə Rusiya mətbuatı xəbər yayıb
Moskvadakı Ermənistan səfirliyinin qarşısına etirazçı ermənilər toplaşıblar.

İnsanlar binanı mühasirəyə alaraq Nikol Paşinyanın hərəkətlərinə qarşı nümayiş keçiriblər.
Yığışanlar deyir ki, Ermənistanda keşişlərin həbsi kütləvi qəzəbə səbəb olub.

Etirazçılar Ermənistan hakimiyyətindən saxlanılan bütün keşişləri azad etməyi tələb ediblər. Onlar Paşinyanın hərəkətlərinin "xalq arasında nifaq saldığını", xaos yaratdığını və Ermənistanda ictimai şüuru zəhərlədiyini bəyan edirlər.

Rusiya Telegram kanalları etirazçıların sayının 300 nəfər olduğunu xəbər verir. Maraqlıdır ki, Rusuya polisi 3 nəfərdən çox toplaşan istənilən etiraz aksiyasının dərhal qarşısını sərt şəkildə alır. Lakin Ermənistan səfirliyinin qarşısında keçirilən kütləvi mitinqə heç bir müdaxilə yoxdur.

Xatırladaq ki, Ermənistanın Baş naziri Hamburqdan Moskvaya yola düşüb və orada Avrasiya İqtisadi Birliyinin (AAİB) Hökumətlərarası Şurasının iclasında iştirak edir.
1 dəqiqə