XƏBƏRLƏR / Siyasət

"Qurban olum, Azərbaycan!"

Mahnı İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı ifa edilib

"Qurban olum, Azərbaycan!"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyevlə Slovakiya Baş naziri Robert Fitsonun görüşü zamanı Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda "Qurban olum Azərbaycan" mahnısı ifa edilib.

    Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

    "Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı bu ölkənin Baş naziri Robert Fitsonun ev sahibliyi etdiyi qəbulda hərbi orkestr Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda "Qurban olum Azərbaycan" mahnısını böyük peşəkarlıqla ifa edir", - deyə paylaşımda qeyd edilib.