"AŞPA Azərbaycan barədə qətnaməsinə yenidən baxmalıdır"
Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktubda belə yazıb

Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya müraciət edib.
Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktub göndərib.
Məktubda Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə bağlı qətnamənin qəbul edilməsindən narahatlıq ifadə olunub.
Q.Mikanadze Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə bağlı qərarın mənfi nəticələrinin qarşısını almaq üçün bu qətnaməyə yenidən baxmağa çağırıb.