XƏBƏRLƏR / Siyasət

Baş nazir Əli Əsədov İrana işgüzar səfərə gəlib

Səfər çərçivəsində Baş nazir 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək

Baş nazir Əli Əsədov İrana işgüzar səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasına işgüzar səfər edib.

    Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

    Tehranın Mehrabad hava limanında Ə.Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Baş nazir Əli Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.