XƏBƏRLƏR / Siyasət

Ermənistan üzv olduğu KTMT-ni boykot edir YENILƏNİB

Minskdə KTMT çərçivəsində keçiriləcək tədbirlərdə nə baş nazir, nə müdafiə naziri, nə XİN rəhbəri, nə də parlament sədri iştirak edəcək

Ermənistan üzv olduğu KTMT-ni boykot edir YENILƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan parlamentinin sədri Alen Simonyan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabr tədbirində iştirak etməyəcək.

    Bundan əvvəl Ermənistanın baş naziri, Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərlərinin Minskdə KTMT çərçivəsində keçiriləcək görüşlərdə iştirak etməyəcəyi barədə məlumat yayılmışdı.

    Rusiya Prezidentinin sözçüsü məsələyə belə münasibət bildirib: "Təbii ki, biz təəssüf edirik ki, Ermənistan sabahkı yüksək səviyyəli sammitdə iştirak etməyəcək, ümid edirik ki, işçi, ekspertlər səviyyəsində iştirak olacaq, lakin təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik." 

    Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, "Moskva İrəvanın 22-23 noyabrda Minskdə keçiriləcək KTMT tədbirlərində iştirak etməmək qərarının erməni xalqının maraqlarına cavab verdiyinə inanmır. Biz hesab etmirik ki, bu, erməni xalqının uzunmüddətli maraqlarına uyğundur və Ermənistanın təhlükəsizliyinin və sabitliyinin möhkəmlənməsinə töhfə verəcək".