XƏBƏRLƏR / Siyasət

Avropa Bakı və İrəvan arasında yenə vasitəçi olmaq istəyir

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfərini uğurlu sayır

Avropa Bakı və İrəvan arasında yenə vasitəçi olmaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aİ bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasında, eləcə də nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafında yaxın tərəfdaş rolunu oynayacaq.

    Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

    "Aİ nümayəndə heyətinə rəhbərlik etdiyim Azərbaycana səfərə görə azərbaycanlı tərəfdaşlara minnətdaram. Aİ-nin normallaşmanın bütün aspektləri, o cümlədən nəqliyyat kommunikasiyalarının inkişafı üçün dəstəyi gücləndirməyə hazır olduğu mesajını çatdırdım", - o qeyd edib.

    Qronno bildirib ki, o, Naxçıvana da səfər edib və Aİ ilə mümkün əməkdaşlıq üçün yerli nəqliyyat infrastrukturu ilə tanış olub.