XƏBƏRLƏR / Siyasət

Sabah Əbu-Dabidə İlham Əliyevlə Paşinyanın görüşü olacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Sabah Əbu-Dabidə İlham Əliyevlə Paşinyanın görüşü olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.

    Bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

    ***
    Qeyd edək ki,
    Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedir.

    Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

    "Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhayan ilə görüşü planlaşdırılır. Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək", - o qeyd edib.