XƏBƏRLƏR / Siyasət

Si və Bayden Putinə görə G20 sammitində iştirak etməyəcəklər

Putin video formatda "qlobal iqtisadiyyat və maliyyədəki vəziyyət" mövzusunda geniş nitqlə çıxış etməyi planlaşdırır

Si və Bayden Putinə görə G20 sammitində iştirak etməyəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bayden və Si Cinpinq Putinlə G20 sammitində iştirakdan imtina ediblər

    Prezident Vladimir Putinin Ukrayna ilə müharibə başlayandan bəri ilk dəfə iştirak etməyə qərar verdiyi G20 liderlərinin sammiti əsas dünya güclərinin liderləri olmadan keçiriləcək.

    Bloomberg, G20-nin sədri kimi tədbiri təşkil edən Hindistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cipin çərşənbə günü, noyabrın 22-də videokonfrans vasitəsilə keçiriləcək G20 virtual görüşündə iştirakdan imtina ediblər.

    Putinin 2021-ci ildən bəri ilk dəfə çıxış edəcəyi sammitdə Çini Si Cinpin əvəzinə Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Çianq təmsil edəcək. Hindistanın xarici işlər naziri Vinay Kvatra ABŞ prezidentini kimin əvəzləyəcəyini açıqlamayıb, Bayden də tədbiri buraxacaq.  Kvartanın sözlərinə görə, G20 liderlərinin əksəriyyəti video sammitdə iştirak etməyə razılıq verib.

     Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Putin geniş nitqlə "qlobal iqtisadiyyat və maliyyədəki vəziyyət", eləcə də "iqlim gündəmi, rəqəmsallaşma məsələləri və digər mövzulara" toxunmaq niyyətindədir.