ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayır
Bu barədə İsrailin "Ynet" dərgisi məlumat verib
 
                                ABŞ iki ay ərzində öz qoşunlarını Suriyadan mərhələli şəkildə çıxarmağa başlayacaq. Bu barədə İsrail qəzeti öz israilli həmkarlarını məlumatlandıran Amerika təhlükəsizlik rəsmilərinə istinadən yazır.
Yəhudi dövlətinin bunun qarşısını almaq cəhdlərinin uğursuzluğa düçar olduğu qeyd edilir. Bununla belə, İsrail təhlükəsizlik agentlikləri məsələ ilə bağlı “Vaşinqtona təzyiq etməkdə davam edir”.
Amerika qoşunlarının Suriyadan çıxarılmasında İsrail tərəfinin əsas narahatlığı Türkiyənin bu ölkədə daha da güclənməsi və qurudakı strateji obyektlərin əksəriyyətinə nəzarəti ələ keçirməsidir.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            