XƏBƏRLƏR / Siyasət

Slovakiya prezidenti Pelleqrini Azərbaycana gəlib

Füzuli Hava limanında qonağı XİN rəhbəri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar

Slovakiya prezidenti Pelleqrini Azərbaycana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.