ABŞ narahatdır, lakin sülh müqaviləsini əlçatan hesab edir
Bunu Azərbaycan-Ermənistan sərhəddindəki gərginlikdən sonra Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib.
“Biz bu vəziyyətdən narahatıq. Biz tərəfləri qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə işləməyə çağırmaqda davam edirik”.
Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması barədə əvvəlki qiymətləndirməsini təkrarladı.
"Biz sülh sazişinin hələ də mümkün olduğuna inanırıq və yeni irəliləyiş üçün tərəflərlə görüşməyi səbirsizliklə gözləyirik", - Miller əlavə edib.