Suriya Prezidenti postunu tərk etməsi Əsədin şəxsi qərarıdır
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib
Bəşər Əsədin Suriya Prezidenti postunu tərk etməsi onun şəxsi qərarı olub.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Əsədin gedişindən sonra Yaxın Şərqdəki vəziyyətin təhlili vacibdir. "Qeyri-müəyyənlik dövründən sonra nə olacağını proqnozlaşdırmaq çətindir” - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
Peskov Əsədin Suriya Prezidenti postundan getməsindən sonra Rusiyanın Yaxın Şərqdə hərbi təsirini itirməsi riskinin olub-olmaması sualına isə belə cavab verib: "Kreml Suriyadakı vəziyyətin necə inkişaf edəcəyini hələ də proqnozlaşdırmaqda çətinlik çəkir, lakin Yaxın Şərq ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik".