Ermənipərəst konqresmen Azərbaycana qarşı
Adam Şiff Azərbaycanın aktivlərinin ermənilərə təzminat ödənilməsi haqda qanun layihəsi hazırlayıb
ABŞ-ın erməni diasporunun muzdlu konqressmeni Adam Şiff Qarabağda Antiterror tədbirlərinin il dönümündə Azərbayca qarşı qanun layihəsi hazırlayıb. Qanun Azərbaycanın aktivlərinin ələ keçirilməsini və köçkün ermənilərə təzminat ödənilməsini nəzərdə tutur.
Layihə güya ikipartiyalıdır, yəni ona həm Demokrat, həm də Respublikaçılar imzaladığı nəzərdə tutulur.
Sənədə cəmi 18 konqressmen imza atıb, onlardan 17-si demokrat, 1 nəfəri isə ermənilərin sıx yaşadığı Kaliforniyadan olan respublikaçıdır.
Qeyd edək ki, Konqresin Nümayəndələr Palatasının 435 səsvermə hüququna malik üzvü və 6 səs hüququ olmayan üzvü var, onların hər biri fərqli seçki dairəsini təmsil edir və hər iki ildən bir yenidən seçilir.