Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirak nəzərdə tutulub
Xarici işlər naziri Ceyhun Bayramovun İsrail və Fələstinə rəsmi səfərə gedib.
28 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.