Azərbaycan antiterror tədbirlərini öz ərazisində aparıb
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağdakı vəziyyət barədə danışarkən bildirib
Kreml bəyan edib ki, Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini öz ərazisində apardığı fəaliyyətdir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağdakı vəziyyət barədə danışarkən bildirib.
Peskov Rusiyanı “Dağlıq Qarabağ”ın müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatınada münasibət bildirib.
“Biz bizə qarşı bu cür qınaqları qəbul etmirik, xüsusən də Ermənistanın rəsmi qərarından - Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra. De-yure, biz indi Azərbaycan Respublikasının öz ərazisindəki hərəkətlərindən danışırıq. Ona görə də bizə qarşı belə ittihamlar tamamilə əsassızdır. Heç nəyə əsaslanmır”, – Peskov bildirib.