XƏBƏRLƏR / Siyasət

Trampla Putin arasında nəzərdə tutulan işgüzar yemək olmadı

Bu barədə NBC telekanalı məlumat yayıb

Trampla Putin arasında nəzərdə tutulan işgüzar yemək olmadı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskadakı görüşündə nəzərdə tutulan işgüzar nahar yeməyi ləğv edilib.

    Bu barədə NBC telekanalı məlumat yayıb.

    Kanalın məlumatına görə, naharda həmçinin ABŞ-nin bir neçə yüksək rütbəli rəsmi şəxsinin iştirakı nəzərdə tutulurdu. Lakin görüşdən sonra liderlər dərhal mətbuat konfransına keçmək qərarına gəliblər.

    Qeyd edək ki, artıq ABŞ və Rusiya prezidentləri Alyaskadan ayrılıblar.