XƏBƏRLƏR / Siyasət

Rusiya ilə Azərbaycan münasibətlərində heç bir böhran yoxdur

Bunu Düşənbədə jurnalistlər üçün mətbuat konfransı keçirən Rusiya Prezidenti Putin deyib

Rusiya ilə Azərbaycan münasibətlərində heç bir böhran yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya prezidenti Vladimir Putin Moskva ilə Bakı arasındakı münasibətlərdəki gərginliyi dövlətlərarası böhran adlandıra bilməyəcəyini bəyan edərək, bunun “emosiyalar böhranı” olduğunu vurğulayıb.

    "Mən deməzdim ki, bizdə dövlətlərarası münasibətlər böhranı var idi. Bu, emosiyaların böhranı idi və bunun səbəbi aydındır: biz təyyarə itkisi ilə üzləşmişdik və bunu həll etmək üçün vaxt lazım idi", - Putin bildirib.

    Rusiya lideri qeyd edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir, yalnız “təfərrüatlar və incəliklər” qalıb.

    "Bizdə böhran olsaydı, ticarət-iqtisadi əlaqələrdə artım olmazdı. Emosiyalar böhranı var idi, çünki çox çətin hadisə, faciə ilə üzləşdik", - Rusiya prezidenti vurğulayıb.

    Putin bu mərhələnin arxada qalacağına və Azərbaycanla münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid etdiyini bildirib: “Ümid edirəm ki, biz bu səhifəni çevirmişik və irəli gedəcəyik”.

    Onun sözlərinə görə, Bakı ilə dövlətlərarası münasibətlər səviyyəsində heç bir böhran yaşanmayıb və yaranan çətinliklər yalnız faciəvi hadisəyə emosional reaksiya ilə bağlı olub.