Tramp bazar günü Zelenski ilə Mar-a-Laqoda görüşəcək
Bu barədə "Axios" nəşri xəbər yayıb
ABŞ Prezidenti Donald Tramp bazar günü ukraynalı həmkarı Volodimir Zelenski ilə Mar-a-Laqoda görüşəcək.
Bu barədə Axios jurnalisti Barak Ravid Ukrayna rəsmisinə istinadən məlumat verib.

Bu görüş Trampın sülh planı ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyişin əlamətidir.
Mar-a-Laqo ABŞ Prezidenti Donald Trampa məxsus, Florida ştatındakı şəxsi iqamətgahdır.
1 dəqiqədən az