XƏBƏRLƏR / Siyasət

Ərdoğan Putinlə İsrail-Fələstin münaqişəsi haqda danışıb

Türkiyə Prezidenti R.T. Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub

Ərdoğan Putinlə İsrail-Fələstin münaqişəsi haqda danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

    Qeyd olunub ki, danışıq zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatını və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.

    Bundan əlavə regionda humanitar ehtiyacların ödənilməsi üçün bəzi təşəbbüslərin həyata keçiriləcəyi dəyərləndirilib.

    Prezident Ərdoğan mülki yaşayış məntəqələrinin hədəf alınmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən birmənalı qarşılanmadığını bildirib.

    Ərdoğan həmçinin Türkiyənin bölgədə əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etməyə davam edəcəyini əlavə edib.