ABŞ-ın Qafqaz üzrə baş müşaviri regiona səfər edəcək
Lui Bono bu həftə əvvəl İrəvana, sonra isə Azərbaycana gələcək
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə İrəvana səfər edəcək.
Səfər zamanı ABŞ diplomatı ölkəsinin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinə dəstəyini ifadə edəcək, davamlı sülhə nail olmağın ən yaxşı yollarını müzakirə edəcək.
Qeyd edilib ki, ABŞ Cənubi Qafqazda yaşayan xalqlara sülh və sabitlik gətirəcək istənilən prosesi dəstəkləməyə hazırdır.
Qeyd edək ki, Bono sonuncu dəfə mayın 23-25-də bölgəyə səfər edib.