ABŞ senatorları Azərbaycandakı səfirliyə namizəd seçəcək
Co Bayden Azərbaycandakı səfir postuna Mark Libbinin namizədliyini hələ keçən ilin mayında irəli sürmüşdü
İyunun 13-də ABŞ Senatının (Yuxarı Palata) Xarici Əlaqələr Komitəsi Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyinə baxacaq.
Bu barədə komitənin məlumatında qeyd olunur.
Ötən ilin mayında ABŞ Prezidenti Co Bayden Azərbaycandakı səfir postuna Mark Libbinin namizədliyini irəli sürdüyünü açıqlamışdı. Qanuna uyğun olaraq, Libbinin namizədliyinə əvvəlcə Senatın Xarici Əlaqələr Komitəsi, daha sonra isə Konqresin yuxarı palatası tam tərkibdə baxacaq.
Mark Libbi nazir müşaviri rütbəsinə malik karyera diplomatıdır. Polyak və fransız dillərini mükəmməl bilir.