XƏBƏRLƏR / Siyasət

Britaniya da Trampın “Sülh Şurası” müqaviləsinə qoşulmayacaq

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper bildirib

Britaniya da Trampın “Sülh Şurası” müqaviləsinə qoşulmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Böyük Britaniya Davosda Dünya İqtisadi Forumu çərçivəsində imzalanacaq “Sülh Şurası” müqaviləsinə qoşulmayacaq.

    Bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper bildirib.

    Qeyd edək ki, imzalanma mərasimi bu gün keçiriləcək.

    Qəzzada idarəçilik və yenidənqurmanın təmin olunması üçün yaradılacaq “Sülh Şurası”nın 7 əsas təsisçi üzvü olacaq.

    Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Makron da “Sülh Şurası”na qoşulmayacağını bildirmişdi. Almaniya da öz növbəsində "Sülh Şurası"na yalnız onun fəaliyyəti mövcud beynəlxalq hüquq normalarına tam uyğun olduğu təqdirdə qoşulacağını bildirib.

    Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarusun "Sülh Şurası"nda Ukrayna ilə birlikdə işləməsini "təsəvvür etməyin çətin olduğunu" bildirib. Lakin Ukrayna lideri Ukraynanın şuraya qoşulmağa razı olub-olmayacağı sualına cavab verməyib.