XƏBƏRLƏR / Siyasət

ABŞ Qəzza üçün "baş plan" təqdim etdi FOTO

Baş planı Trampın kürəkəni Kuşner təqdim edib

ABŞ Qəzza üçün "baş plan" təqdim etdi FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Qəzza üçün xəritə və slaydlarla birlikdə "baş plan" təqdim edib.

    Trampın kürəkəni Cared Kuşner Davosda keçirilən Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində Qəzza zolağının gələcəyi üçün "baş plan" təqdim edib.

    O, bunun işçilər üçün mənzil təminatı, 100% məşğulluq və "hamı üçün imkanlar" da daxil olmaqla mərhələli şəkildə həyata keçiriləcəyini söyləyib.

    Plan həmçinin iqtisadi zonaların yaradılmasını və genişmiqyaslı yenidənqurmanı nəzərdə tutur.