ABŞ Ermənistanın ərazi bütövlüyündən ciddi narahatdır
Bu ABŞ Dövlət Departamentinin "Amerikanın səsi"nin erməni xidmətinə verdiyi şərhdə deyilir
ABŞ Dövlət Departamenti: Ermənistanın suverenliyi və ərazi bütövlüyünün pozulması ciddi nəticələrə səbəb olacaq.
"ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğuladıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən pozulması ciddi nəticələrə gətirib çıxaracaq.
Biz mütəmadi olaraq güc tətbiqinə qarşı xəbərdarlıq kimi gözləntilərimizi vurğulayırıq və vəziyyəti daim izləyirik. Ermənistan ABŞ-ın yaxın tərəfdaşı və dostudur və biz Ermənistanın siyasi və iqtisadi təhlükəsizliyini gücləndirmək üçün Ermənistan hakimiyyəti ilə işləməyi səbirsizliklə gözləyirik".