Bayramov Qətərdə ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
XİN rəhbəri Dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Sisona İrəvanın təxribatları haqda danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Sisonla görüşündə bildirib ki, Bakının sülhməramlı səylərinə baxmayaraq, İrəvan təxribatları dayandırmır.
Nazir qeyd edib ki, Ermənistan öhdəliklərinə zidd olaraq mina təhlükəsi yaratmaqda davam edir. Bayramov, həmçinin regionda mövcud münaqişədən sonrakı vəziyyət, Azərbaycanın sülhün bərqərar olması istiqamətində həyata keçirdiyi tədbirlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və quruculuq işləri, eləcə də mövcud mina təhlükəsindən danışıb.
Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərdədir.