XƏBƏRLƏR / Siyasət

Birləşmiş Ştatlar nümayəndəsi Lui Bono Şəhidlər Xiyabanında

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri məzarlar üzərinə gül dəstələri qoyub

Birləşmiş Ştatlar nümayəndəsi Lui Bono Şəhidlər Xiyabanında
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Şəhidlər xiyabanını ziyarət edib.

    Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

    Lui Bono Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub.