XƏBƏRLƏR / Siyasət

İranın xarici işlər naziri Ankarada səfərdədir

Hüseyn Əmir Abdollahian Türkiyədə baş verən son zəlzələ ilə bağlı həmrəylik nümayiş etdirməyə gəlib

İranın xarici işlər naziri Ankarada səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:15

    Ankarada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

    Görüş zamanı enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət müzakirə olunub. Nazirlər Ukraynadakı vəziyyətə də toxunublar.

     Görüşdən sonra Abdullahian zəlzələnin baş verdiyi Adıyaman bölgəsinə baş çəkəcək.

    ***

    İranın xarici işlər naziri bu ölkədə baş verən son zəlzələ ilə bağlı Türkiyə hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirmək və türkiyəli həmkarı ilə danışıqlar aparmaq üçün çərşənbə axşamı gecə Tehrandan Ankaraya yola düşüb.