XƏBƏRLƏR / Siyasət

ATƏT-in fəaliyyətdə olan sədri Bakıya gələsi olmadı

Elina Valtonen İrəvanda səfərdə olarkən Azərbaycana səfəri təxirə salınıb

ATƏT-in fəaliyyətdə olan sədri Bakıya gələsi olmadı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb.

    XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi.

    "Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır", - XİN rəsmisi vurğulayıb.

    Valtonenin Azərbaycana səfəri oktyabrın 13-15-ə planlaşdırılan Cənubi Qafqaz regionuna səfəri çərçivəsində planlaşdırılmışdı.

    Valtonen bu gün Ermənistandadır, sabah isə Gürcüstana səfər edəcək.