XƏBƏRLƏR / Siyasət

“Türkiyəyə əl uzadanın əli, dil uzadanın dili yanar”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Partiyasının qrup toplantısında çıxışında deyib

“Türkiyəyə əl uzadanın əli, dil uzadanın dili yanar”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtarırsa, buyurub gəlsin..."

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki müharibəyə diqqət çəkərək xəbərdarlıq edib.

    Partiyasının (AKP) qrup toplantısında çıxış edən Ərdoğanın sözlərinə görə, “Türkiyəyə əl uzadanın əli, dil uzadanın dili yanar”.

    O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.

    Ərdoğan qeyd edib ki, bununla belə, əgər kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtararsa, tərəddüd etmədən onlara meydan oxunacaq.

    Eyni zamanda Türkiyə prezidenti islamafobiya və antisemitizm haqda danışıb:

    "İslamofobiya insanlığa qarşı cinayət olduğu kimi, antisemitizm də cinayətdir; bu, ağlabatan və ya qanuni hesab edilə bilməyən bir şərdir."