XƏBƏRLƏR / Siyasət

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Qonağı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev qarşılayıb

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.