Qafarova İrəvanın Azərbaycan əsgərinə qarşı zorakılığı haqda
Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan əsgərinə qarşı işgəncə və zorakılığını araşdırmalıdır
Milli Məclisin sədri Sahibə Qafarova bir neçə gün əvvəl sərhəddə itkin düşən iki azərbaycanlı hərbçiyə qarşı Ermənistanın işgəncə və zorakılığının araşdırılmasını və onlara müvafiq qiymət verilməsini istəyib.
O, bunu Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı deyib.
Sahibə Qafarova qeyd edib ki, bir neçə gün əvvəl Ermənistanda sərhəddə itkin düşən 2 azərbaycanlı hərbçi saxlanılıb. Dərhal sosial şəbəkələrdə işgəncə və qeyri-insani rəftarı əks etdirən videolar peyda olub. Natiq qeyd edib ki, müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və lazımi qiymət verməlidir.