Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana səfərə gəlib
Bolqarıstan dövlət başçısını xanımı Desislava Radeva müşayiət edir

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfərə gəlib.
Səfər zamanı Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamənin imzalanması planlaşdırılır.
Nümayəndə heyətinə energetika naziri vəzifəsini icra edən, Milli Assambleyada Bolqarıstan-Azərbaycan dostluq qrupunun sədri, biznes nümayəndələri daxildir.
Bolqarıstan dövlət başçısını Azərbaycana səfəri zamanı xanımı Desislava Radeva müşayiət edir.