Boneyra adası Hollandiya müstəmləkəçiliyindən əziyyət çəkir
Bakı Polineziya və Kaledoniyadan sonra Boneyra adasına müstəmləkəçiliyə qarşı mübarizədə kömək edəcək
O qeyd edib ki, Boneyra adası bu ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatına qətnamə layihəsi təqdim edəcək. “Nümayəndə heyəti qətnamə layihəsini təqdim etməzdən əvvəl Bakıdan bununla bağlı dünyaya çağırış ünvanlayacaq”, - icraçı direktor əlavə edib.
Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən, dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Daha əvvəl qrup Fransa hökmranlığından "əziyyət çəkən" Polineziya və yeni Kaledoniyanın müstəmləkəçiliyindən azad edilməsi üçün tədbirlərə başlayıb. Karib dənizində yerləşən Boneyra adası da Hollandiya müstəmləkəçiliyindən "əziyyət çəkir".
Fransa və Niderland Azərbaycan- Ermənistan münaqişəsində ermənipərəst mövqe tutduqdan sonra Bakıda bu ölkələrin Sakit Okeanda və Karib hövzəsində məhrumiyyətlərə məruz qalan xalqlarını yada salıblar.