"Həm Ağdam, həm də Laçın yolunu açmaq vaxtıdır"
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim "X" hesabında yazıb
Dünən Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını humanitar yardımı çatdırmaq üçün Azərbaycanın Qarabağ bölgəsinə daxil olub.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim "X" hesabında yazıb.
O bildirib ki, bu, əhəmiyyətli ilk addımdır:
"İndi BQXK-nın Qarabağdakı vəziyyətə son qoyması və davamlı siyasi dialoqa yol açması üçün dərhal və eyni zamanda həm Laçın, həm də Ağdam marşrutlarını açmaq vaxtıdır".