Dövlət Departamenti nazirlərin görüşü barədə açıqlama verdi
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri ABŞ Dövlət katibi Blinkenin dəvəti ilə Vaşinqtonda danışıqlar aparır
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqları bu gün və sabah planlaşdırıldığı üzrə davam edəcək.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
O qeyd edib, ABŞ tərəflər arasında vasitəçilik etməkdən məmnundur.
"Birbaşa dialoq problemlərin həlli və bölgədə davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ bu məqsədə çatmaqda tərəflərə yardım etməyə sadiqdir və dövlət katibi Antoni Blinken sülh prosesində birbaşa iştirak edir. Bildiyiniz kimi, dünən ABŞ dövlət katibi A.Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə həm ikitərəfli, həm də üçtərəfli şəkildə görüşmək imkanı olub. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçib. Biz müzakirələri bu gün və sabah davam etdirəcəyik. Cədvəldə heç bir dəyişiklik olmayacaq", - Patel vurğulayıb.
Dövlət Departamentin mətbuat katibi Metyu Miller isə twitter hesabında yazıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün tərəflərə kömək öhdəliyi götürür.