Armen Qriqoryandan sonra Xələf Xələfov İrana yollanır
Bu barədə İran mənbələri xəbər verir
İranın NourNews saytının verdiyi xəbərə görə Azərbaycan prezidentinin xüsusi məsələlər üzrə köməkçisi Xələf Xələfovun bu gecə Tehrana səfəri planlaşdırılır.
Xələf Xələfovun İrana səfəri zamanı yüksək vəzifəli şəxsləri ilə görüşündə ikitərəfli əlaqələr və regionda baş verən hadisələr diqqət mərkəzində olacaq.
Bu mühüm səfər Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səfəri zamanı İranın yüksək vəzifəli şəxsləri, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdükdən sonra həyata keçiriləcək.