Lavrov Ceyhun Bayramovla Laçın dəhlizini müzakirə etdi
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, nazirlər Laçın dəhlizinin bağlanması ilə bağlı vəziyyəti və Qarabağın dağlıq hissəsindəki filiz yataqlarının işlənməsinə dair tərəflərin fikir ayrılığını müzakirə ediblər. "Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı Laçın dəhlizinin bağlanması və tərəflər arasında regiondakı filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqları səbəbindən gərginləşən vəziyyət müzakirə edilib. Lavrov üçtərəfli qaydalara ciddi riayət olunmasının vacibliyini vurğulayıb. Xatırladıb ki, Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz əlaqənin təmin edilməsinə dair sazişlər imzalanıb”, - deyə nazirlikdən bildiriblər.