XƏBƏRLƏR / Siyasət

Əliyev Trampı Nobel Sülh Mükafatına layiq hesab edir

Bu barədə Prezident "X" şəbəkəsində yazıb

Əliyev Trampı Nobel Sülh Mükafatına layiq hesab edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev Trampın Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümid etdiyini bildirib.

    "Prezident Donald Tramp 8 avqust 2025-ci ildə ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında tarixi rol oynayıb.

    Sülh prosesinə verdiyi böyük töhfənin tanınması olaraq, Azərbaycan və Ermənistan mənim təşəbbüsümlə Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstəriblər. Ümid edirik ki, Prezident Trampın regionumuzda davamlı sülhün bərqərar olması üçün göstərdiyi tarixi səylər bu il Nobel Sülh Mükafatı tərəfindən layiqincə qiymətləndiriləcək", - deyə Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkələrdə yazıb.