XƏBƏRLƏR / Siyasət

İran helikopterin axtarışında ABŞ-dan kömək istəyib

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller məlumat verib

İran helikopterin axtarışında ABŞ-dan kömək istəyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran hökuməti mayın 19-da Şərqi Azərbaycan əyalətində qəzaya uğrayan İslam Respublikasının Prezidenti İbrahim Rəisinin helikopterinin tapılması üçün ABŞ administrasiyasından kömək istəyib.

    Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib. O, Vaşinqtonda keçirdiyi brifinqdə deyib: “Biz iranlılara sorğuya normal şəkildə baxacağımızı açıqladıq və kömək etməyə hazır olduğumuzu bildirdik, lakin sonda konkret addım atılmadı”. Miller əlavə edib ki, Vaşinqton Tehrana “əsasən logistik səbəblərə görə” yardım göstərə bilməyib.

    Prezident Rəisi və başqa rəsmi şəxsləri daşıyan və qəzaya uğrayan helikopter mayın 20-nə keçən gecə aşkar edilib.