XƏBƏRLƏR / Siyasət

Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir

O. bunu İrəvanda "Avropa Siyasi Birliyi"nin sammitində çıxış edərkən bəyan edib

Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Baş naziri Nikol Paşinyan 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edir.

    O. bunu İrəvanda "Avropa Siyasi Birliyi"nin sammitində çıxış edərkən bəyan edib.

    "Ümid edirəm ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitində iştirak üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - N.Paşinyan qeyd edib.

    Onun sözlərinə görə, "Avropa Siyasi Birliyi"nin sammitləri Ermənistan və Türkiyə rəhbərliyinin təmasları üçün mühüm rol oynayıb:

    "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mənim ilk ikitərəfli görüşüm məhz Praqada (2022-ci ilin payızında - ANS Press) "Avropa Siyasi Birliyi"nin ilk sammiti çərçivəsində baş tutub. İndi isə Türkiyənin vitse-prezidenti "Avropa Siyasi Birliyi"nin sammitində iştirak etmək üçün İrəvandadır və Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidenti olub".