XƏBƏRLƏR / Siyasət

Stiv Uitkoff Əliyevlə Paşinyanı dost hesab edir

Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Mayami Universitetində bildirib

Stiv Uitkoff Əliyevlə Paşinyanı dost hesab edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun sözlərinə görə, Tramp Əliyevlə Paşinyanı daha da yaxınlaşdırdı və indi onlar dostdurlar.

    "Biz bu razılaşmaya altı həftə ərzində nail olduq. Onlar 37 il mübarizə apardılar və indi ən yaxşı dostlardır. Yeri gəlmişkən, Ermənistanın Baş naziri Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev artıq yaxşı dostlardır - Prezident Tramp onları bir araya gətirdi. Bu, olduqca əlamətdardır", - deyə ABŞ Prezidentinin elçisi Uitkoff Mayami Universitetində keçirilən illik "Real Estate Impact" konfransında bildirib.