MDB liderləri sammitində müzakirə olunacaq məsələlər
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb
Oktyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sammit zamanı liderlər Birlik çərçivəsində qarşılıqlı fəaliyyətin əsas məsələləri üzrə fikir mübadiləsi aparacaq, gələcək üçün görüləcək işlərin əsas istiqamətlərini müəyyənləşdirəcək, aktual regional və beynəlxalq problemləri müzakirə edəcəklər.
Həmçinin bir sıra çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır.