XƏBƏRLƏR / Siyasət

Zəngəzur dəhlizi İranla bağlı problemdir

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib

Zəngəzur dəhlizi İranla bağlı problemdir
R.T.Ərdoğan
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra mətbuat konfransı keçirib.

    O, Şimali Kipr və Azərbaycana səfərləri, eləcə də gündəmin digər mövzuları barədə sualları cavablandırıb.

    R.T.Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi Ermənistanla bağlı bir problem deyil, İranla bağlı bir problemdir: "Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi məyus edir. Əslində onları da məyus etməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar".

    Ərdoğanın sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi Ermənistanla Türkiyə arasında da münasibətlərin normallaşmasına əhəmiyyətli töhfə verəcək. O bilirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanla normallaşma proseslərində əldə olunan irəliləyişi dəyərləndirilib.

    “Bütün əziyyətlərdən sonra bölgəmizdə sülh qapısının açıldığını görürük. Bu fürsəti əldən verməmək üçün bütün aidiyyəti tərəflərdən məsuliyyətlə hərəkət etmələrini gözləyirik”, - deyə Türkiyə lideri vurğulayıb.