XƏBƏRLƏR / Siyasət

Avropa İttifaqı Ağdam yolu ilə bağlı bəyanat verdi

Bəyanatda Bakının Qarabağ ermənilərinin Laçın dəhlizi ilə Ermənistana və Ermənistandan gediş-gəlişi ilə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyi də vurğulanıb

Avropa İttifaqı Ağdam yolu ilə bağlı bəyanat verdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ağdam yolundan istifadə təcili və gündəlik ehtiyaclarla bağlı təchizat üçün davamlı həllin bir hissəsi ola bilər.

    Bu barədə Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib.

    “Xüsusi Nümayəndə Klaar və Prezident Mişelin komandası girişin açılması istiqamətində həll yolu hazırlamaq üçün Bakı, İrəvan və Qarabağ ermənilərinin nümayəndələri ilə mütəmadi əlaqə saxlayır".

    Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər. Bu elementlər üzrə müzakirələr liderlərin 15 iyul 2023-cü ildə Brüsseldə keçirilən son görüşündən sonra başlayıb”, - deyə bəyanatda bildirilib.

    Aİ tərəfi, həmçinin, Bakının Qarabağ ermənilərinin Laçın dəhlizi ilə Ermənistana və Ermənistandan gediş-gəlişi ilə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.

    Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər.

    Bakı ilə Qarabağ erməniləri arasında inam və etimadı gücləndirmək üçün dialoqa ehtiyac var. Bu məqsədlə Aİ bu prosesə beynəlxalq dəstək, eləcə də əldə edilmiş razılaşmaların həyata keçirilməsinin dəstəklənməsi üçün yerdə - regionda iştirak üçün müxtəlif təkliflər təqdim edib.