XƏBƏRLƏR / Siyasət

Ayxan Hacızadə Fransa XİN başçısının ağ yalanını ifşa etdi

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ketrin Kolonnanı “blokada” uydurmasını qəsdən ortaya atdığını deyir

Ayxan Hacızadə Fransa XİN başçısının ağ yalanını ifşa etdi
Ayxan Hacızadə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Belə görünür ki, Fransanın xarici işlər naziri Ketrin Kolonnanın “blokada” ittihamları ilə bağlı bəyanatı Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst hərəkətinə qəsdən məhəl qoymur.

    “Göründüyü kimi, Fransa xarici işlər nazirinin “blokada” ilə bağlı bəyanatında Azərbaycanın Qarabağ bölgəsinin erməni millətindən olan sakinlərinin hər iki istiqamətdə sərbəst hərəkəti məqsədyönlü şəkildə nəzərə çarpmır. Bu, qərəzsizlik bəyanatına açıq şəkildə ziddir”, - deyə Ayxan Hacızadə bildirib.

    Qeyd edək ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropa Parlamentində Ermənistan-Azərbaycan problemlərinə dair dinləmələrdə “Dünyada heç kim Ermənistanla qonşusu (yəni Azərbaycan) arasında sülh əldə etmək üçün Fransadan artıq iş görmür” demişdi. Bundan başqa, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Azərbaycandan “Laçın dəhlizinin qarşısının alınmasını” tələb edib və onun “blokadasını” “qanunsuz” adlandırıb.