XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Vladimir Putini təbrik edib

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

İlham Əliyev Vladimir Putini təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    Hörmətli Vladimir Vladimiroviç.

    Dövlət bayramı - Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

    Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir.

    Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün səyləri göstərəcəyik.

    Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram.

    Hörmətlə,

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı, 10 iyun 2025-ci il