Azərbaycan və Ermənistan görüşü “mümkün qədər tez” olmalıdır
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünü "mümkün qədər tez" keçirməyə ümid edir.
"Tərəflər dinc dialoq aparmağa davam edərkən, biz Vaşinqtonda danışıqların növbəti raundunun keçirilməsini səbirsizliklə gözləyirik", - Miller brifinqdə deyib və əlavə edib ki, Vaşinqton "mümkün qədər tez" danışıqların aparılmasını gözləyir. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.
Onun sözlərinə görə, iyunun 12-nə ABŞ-da keçirilməsi nəzərdə tutulan görüş tərəflər arasında fikir ayrılığına görə deyil, onun planlaşdırılması məsələsinə görə keçirilməyib.
Dövlət Departamentinin nümayəndəsi görüşün yeni tarixlərini açıqlamayıb.
Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünün təxirə salındığı bildirilib.